Bank Of Baku

Elman Rüstəmov: "Beynəlxalq Bankın sağlamlaşdırılması üçün müvafiq tədbirlər görülür"

Elman Rüstəmov: "Beynəlxalq Bankın sağlamlaşdırılması üçün müvafiq tədbirlər görülür"
# 13 oktyabr 2015 12:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı fərmanın icrası ilə əlaqədar olaraq Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür”.

 

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

 

Baş bankirin sözlərinə görə, sağlamlaşdırma çərçivəsində ABB-nin alacağı vəsaitlər kreditləşmənin həcmini artırmağa, faiz dərəcələrini azaltmağa, bankın müxtəlif sosial-iqtisadi proqramlara, o cümlədən də ipoteka proqramına qoşulmasına imkan verəcək.

 

E. Rüstəmov əlavə edib ki, AMB hökumətlə birlikdə özəl bank sektorunun sabitlik çərçivəsinin möhkəmləndirilməsi və dəstək alətlərinin təkmilləşdirilməsi istiqamətində  də çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR