Bank Of Baku

Əmanətlərin Sığortalanması Fondu "Dekabank"ın kreditorlarına müraciət edib

Əmanətlərin Sığortalanması Fondu "Dekabank"ın kreditorlarına müraciət edib
# 01 iyul 2017 15:15 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Dekabank" ASC-də öhdəliyi qalmış kreditorlara müraciət edib.

 

Fonddan "APA-Economics"ə verilən məlumata görə, bankın bütün kreditorlar qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi prosesinin davam etməsinə baxmayaraq, bəzi kreditorlar hələ də vəsaitlərini götürməyiblər.

 

"Dekabank"ın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vəsaitlərini götürməmiş kreditorlardan vəsaitlərini götürmək üçün bankın Bakı ş., Xəqani küçəsi 14/16 ünvanına müraciət etməklərini xahiş edir", - deyə məlumatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR