Bank Of Baku

FED uçot dərəcəsini dəyişməyib

FED uçot dərəcəsini dəyişməyib
# 02 may 2018 20:37 (UTC +04:00)

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

 

APA-nın məlumatına görə, FED uçot dərəcəsini 1,5-1,75% səviyyəsində saxlayıb.

 

Qeyd edək ki, sonuncu dəfə FED martın 21-də  uçot dərəcəsini artırıb.

 

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR