Bank Of Baku

Gürcüstanda iqtisadi artım 4,4% təşkil edib

Gürcüstanda iqtisadi artım 4,4% təşkil edib
# 28 fevral 2018 08:25 (UTC +04:00)

Bu ilin yanvar ayında Gürcüstanda ÜDM-in artım tempi 4,4% təşkil edib.

 

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, ötən ay inflyasiya 0,6% olub.

 

Ötən ayın digər əsas iqtisadi göstəricilərinə gəlincə, sənaye məhsullarının istehsal qiymətləri ötən ilin dekabr ayı ilə müqayisədə 1,6% artıb.

 

Yanvar ayında qonşu ölkənin xarici ticarət dövriyyəsinin həcmi 816,6 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 20,2% çoxdur.

 

Gürcüstanda ötən ay 3 784 müəssisə qeydiyyatdan keçib. Bu da ötən ilin yanvar ayına nisbətdə 4,4% çoxdur.

 

Dövlət büdcəsinin gəlirləri 966,5 mln. lari, xərcləri isə 681,9 mln. lari təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR