Bank Of Baku

Gürcüstandan Azərbaycana avtomobil ixracı bir ildə 4,4 dəfə azalıb

Gürcüstandan Azərbaycana avtomobil ixracı bir ildə 4,4 dəfə azalıb
# 26 mart 2015 08:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 19 824,1 min ABŞ dolları dəyərində 1 071 minik avtomobili ixrac olunub.

 

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 651 avtomobil və ya 4,4 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 45,9% azalıb.

 

Qeyd edək ki, bu ilin iki ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 42,3% təşkil edib.

 

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 48,8%-ni təşkil edib.

 

Bu ilin yanvar-fevral ayları ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 14,5% təşkil edib.

 

Qeyd edək ki, bu ilin yanvar-fevral ayında Gürcüstandan Azərbaycana 45 918,6 min dollar dəyərində məhsul ixrac edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR