Bank Of Baku

IFC daha bir Azərbaycan bankına irihəcmli kredit ayırır

IFC daha bir Azərbaycan bankına irihəcmli kredit ayırır
# 11 iyun 2013 08:28 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Kanada hökumətinin dəstəyi ilə «Bank Respublika» ASC-yə Azərbaycanda dayanaqlı enerji sahəsində fəaliyyət göstərən kiçik və orta müəssisələrə ayrılan kreditlərin artırılması, iş yerlərinin yaradılması və iqtisadi inkişafın dəstəklənməsi məqsədilə 15 mln. ABŞ dolları məbləğində kredit ayıracaq. Korporasiyadan «APA-Economics»ə verilən məlumata görə, kreditə IFC-Kanada İqlimin Dəyişməsi Proqramının 1 mln. ABŞ dolları məbləğində vəsaiti daxildir.

 

Bu, IFC-nin Azərbaycanda dayanaqlı enerji sahəsinə ilk investisiyasıdır və həmin investisiya vasitəsilə özəl sektorun tükənməz enerji və enerji səmərəliliyi layihələrində iştirakının dəstəklənməsi nəzərdə tutulur.

 

«Bu layihə vasitəsilə Kanada hökuməti istilik effekti yaradan qazların havaya atılmasını azaldan dayanaqlı enerji layihələrinin icrasına yönəlmiş özəl sektor investisiyalarını dəstəkləmək məqsədi güdür», - deyə Kanadanın ətraf mühit naziri Peter Kent bildirib.

 

Qeyd edək ki, Azərbaycan IFC-yə 1995-ci ildə qoşulub. Həmin vaxtdan başlayaraq, IFC ölkəyə 393 mln. dollar investisiya yatırıb və maliyyə xidmətləri, infrastruktur və istehsal sahəsində 67 layihə çərçivəsində digər kredit ayıran təşkilatlardan 73 mln. dollar cəlb edib. IFC həmçinin, özəl sektorun inkişafına yönəlmiş məsləhət xidmətləri həyata keçirib. Əlavə olaraq, Azərbaycan Dövlət Neft Fondu IFC-nin yeni yaranmış bazarlarda özəl sektor layihələrinə investisiya vəsaiti ayıran IFC-nin Aktivlərin İdarə Edilməsi Şirkətinin idarə etdiyi üç fond qarşısında 350 mln. dollar məbləğində öhdəlik qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR