Bank Of Baku

İqtisadiyyat və sənaye naziri İsveçin ticarət nazirini ilə görüşüb - FOTO

İqtisadiyyat və sənaye naziri İsveçin ticarət nazirini ilə görüşüb - <span style="color: red;">FOTO
# 12 iyun 2014 16:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İsveçin ticarət naziri Eva Byörlinqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə nazir Şahin Mustafayev ölkədə beynəlxalq əməkdaşlığa böyük önəm verildiyini vurğulayıb. O, İsveçlə əlaqələrin inkişafında müqavilə-hüquq bazasının genişləndirilməsinin, ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların qorunması və təşviqi haqqında sazişlərin imzalanmasının vacibliyini qeyd edib. Azərbaycanda İsveç səfirliyinin açılmasının ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli olacağı diqqətə çatdırılıb: “Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib, investorlar üçün əlverişli şərait yaradılıb. Hazırda Azərbaycanın dünyanın 150-dən çox ölkəsi ilə ticarət əlaqələri var. Xarici ticarət dövriyyəsinin 50 faizdən çoxu Avropa ölkələrinin payına düşür. İri enerji və regional nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır”.

 

Nazir Şahin Mustafayev Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu, Dağlıq Qarabağ münaqişəsinin regional inteqrasiyanın inkişafına ən ciddi maneə olduğunu vurğulayıb.

 

İsveçin ticarət naziri Eva Byörlinq Azərbaycanın “Şərq Tərəfdaşlığı” Təşəbbüsünə qoşulmasını yüksək qiymətləndirib, ölkəsinin Azərbaycanla bu sahədə fəal əməkdaşlıq etdiyini bildirib. Görüşdə qeyd edilib ki, İsveç şirkətləri Azərbaycanda infrastruktur (dəmir yolları, avtomobil yolları, hava limanlarının tikintisi), səhiyyə, təhsil, ətraf mühit və s. sahələrə sərmayə qoya bilər. Xanım Byörlinq ölkələr arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR