Bakı. Vüsal Nəbiyev - APA-Economics. Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının Bəhrəmtəpə-Ağcabədi avtomobil yolunun 14-cü kilometrliyində keçirdikləri əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşları Aydın Hümbətov və Anar Mahmudov saxlanılıb.
Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, saxlanılan şəxslərdən İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 1 ədəd sellofan bağlamada, xalis çəkisi 935,0 qram olan narkotik vasitə - heroin aşkar edilib.