Bakı. Musa Əhmədov-APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.
"APA-Economics"in məlumatına görə, 2013-cü ilin dekabrın 22-də Bakı şəhərinin Binəqədi rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində az ağır bədən xəsarətləri alması ilə əlaqədar Azərbaycan vətəndaşına 1 500 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.
Kompensasiya ödənişi poçt vasitəsi ilə 2014-cü ilin sentyabrın 15-də köçürülüb.