Bu gün ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçirilib.
"APA-Economics" xəbər verir ki, iclasda "Bank Standard"ın Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov, bankın 80 kreditoru və Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini Vüqar Abdullayev və Fondun əməkdaşları iştirak ediblər.
İclasda “Bank Standard”ın ləğvi prosesi, bankın müflis olmasında təqsirli şəxslərə qarşı məhkəmədə iddia qaldırılması və digər məsələlər müzakirə olunub.
Ə.Həsənov Kreditorlar Komitəsinin üzvlərinin əksəriyyətinin iclaslara gəlmədiyini deyib: "Təklif edirəm ki, 25 nəfərdən çox olmamaq şərti ilə Kreditorlar Komitəsi yenidən təşkil olunsun. Amma Komitəyə bu işə ciddi marağı olan şəxslər üzv olmalıdır".
Bu təklifi ADIF-in icraçı direktorunun müavini Vüqar Abdullayev də dəstəkləyib. Bundan sonra, Kreditorlar Komitəsinə yeni üzvlər qəbul edilib.