Bank Of Baku

Lənkəranda "Vergi dostları"na sertifikatlar təqdim olunub

Lənkəranda "Vergi dostları"na sertifikatlar təqdim olunub
# 13 iyun 2013 14:09 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. İyunun 13-də Lənkəran şəhərində vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu sahəyə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Təhsil Nazirliyinin dəstəyi ilə seçilən Lənkəran, Astara və Lerik rayonlarının ümumtəhsil məktəblərinin 116 nəfər müəlliminə “vergi dostu” sertifikatı və kompüterlərin təqdim edilməsi ilə bağlı mərasim keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov nazirlik tərəfindən ərazi vergilər idarələrinin və vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, digər kənd və qəsəbələrdə “Vergi dostları” şəbəkəsinin yaradılması barədə danışıb.

 

Qeyd  olunub ki, indiyədək 11 rayonda fəaliyyət göstərən 307 nəfər “vergi dostu”na müvafiq təlim keçirilib və sertifikatlar təqdim olunub. “Vergi dostu” olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir.

 

Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov isə çıxışında gənc nəslin vergilər haqqında biliklərinin artırılmasında, şagird və tələbələr arasında vergi mədəniyyətinin formalaşdırılmasında onların öz üzərinə götürdüyü öhdəliyin vacibliyi barədə söz açıb. Sonda təlimi müvəffəqiyyətlə başa vuran “vergi dostları”na üzvlük sertifikatları, “vergi dostu”nun yaddaş kitabçası və kompüterlər təqdim olunmaqla, onlarla  əməkdaşlıq barədə öhdəlik vərəqələri imzalanıb.

 

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının nümayəndələri, Vergilər Nazirliyinin və 6 saylı Ərazi Vergilər İdarəsinin vəzifəli şəxsləri, kütləvi informasiya vasitələrinin və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR