Bank Of Baku

Londonda «Özəl müştəri: Rusiya və MDB» adlı beynəlxalq konfrans keçiriləcək

Londonda «Özəl müştəri: Rusiya və MDB» adlı beynəlxalq konfrans keçiriləcək
# 18 iyun 2013 11:27 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Oktyabrın 8-10-da Londonda Adam Smit İnstitutunun təşkilatçılığı ilə «Özəl müştəri: Rusiya və MDB» adlı II beynəlxalq konfrans keçiriləcək.

 

Adam Smit İnstitutundan «APA-Economics»ə verilən məlumata görə, tədbirə 10-dan artıq ölkədən 200-ə yaxın iştirakçı qatılacaq ki, onların arasında bankirlər, özəl müştərilərlə çalışan vəkil və məsləhətçilər, investisiya idarəçiləri, özəl sərmayəçilər, daşınmaz əmlak üzrə mütəxəssislər və s. sahələr üzrə ekpertlər olacaq.

 

Konfrans çərçivəsində Rusiyadakı özəl müştərilər üçün Kiprdə yaşanan bank böhranının aqibəti, Rusiya və MDB məkanında özəl kapitalın əsasları, onun qorunması, investisiya yatırımları üçün sahə seçimi və s. aktual məsələlər müzakirə olunacaq.

 

Bununla yanaşı, konfransdan öncə «Rusiya və MDB-dən olan özəl müştərilərin iştirakı ilə məhkəmə mübahisələrin təhlili» mövzusunda tədbir təşkil olunacaq ki, burada təcrübəli hüquqşünaslar iştirak edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR