Bank Of Baku

Manat əksər valyutalara qarşı bahalaşıb

Manat əksər valyutalara qarşı bahalaşıb
# 21 sentyabr 2016 07:43 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 20-si ilə müqayisədə 0,24% ucuzlaşaraq 1,6331 manat olub.

 

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,63% zəifləyərək 1,8176 manat olub.
 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə dəyişməyərək 0,0252 manat səviyyəsində qalıb.

 

Türkiyə lirəsinin məzənnəsi isə 0,53% ucuzlaşaraq 0,5470 manat təşkil edib.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1174 manatdır. Beləliklə, funt sterlinq 0,81%-lik ucuzlaşma nümayiş etdirib.

 

Gürcüstan larisinin məzənnəsi 0,24% ucuzlaşaraq 0,7070 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR