“Lamor NBO” MMC yaradılıb.
“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalı 100 min manatdır.
MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Masazır ev 6, “Bağçalı evlər” yaşayış kompleksində yerləşir.
Şirkətin qanuni təmsilçisi Tyrsky Anders Axel-dir.
Müşahidə şurasının üzvləri Məmmədzadə Eldar Vaqif oğlu, Səmədli Vüqar Muxtar oğlu, Nazha David Mark Michel, Bryza Mattheyu Jamesdir.
MMC bu ilin 28 mart tarixində dövlət qeydiyyatına alınıb.