Bank Of Baku

Mərkəzi Bank: Problemli kreditlərin həcmində azalma müşahidə olunur

Mərkəzi Bank: Problemli kreditlərin həcmində azalma müşahidə olunur
# 07 dekabr 2015 08:44 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşlarının həcmi 2015-ci il noyabrın 1-ə 18 566,4 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 724,9 mln. manat və ya 4,06% çoxdur.

 

Kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi oktyabrın 1-ə olan göstərici ilə müqayisədə 547,1 mln. manat və ya 2,86% azalıb.

 

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin noyabrın 1-ə 1 mlrd. 301,9 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 358,5 mln. manat və ya 38% çoxdur. Problemli kreditlərin həcmi oktyabrın 1-ə olan göstərici ilə müqayisədə 51,9 mln. manat və ya 3,83% azalıb.

 

Vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 7,01% təşkil edir.

 

Onu da qeyd edək ki, kredit qoyuluşlarında azalma "Azərbaycan Beynəlxalq Bankı" ASC-də aparılan restrukturizasiya tədbirləri ilə əlaqədardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR