Bank Of Baku

Mərkəzi Bank problemli kreditlərin həcmini açıqlayıb

Mərkəzi Bank problemli kreditlərin həcmini açıqlayıb
# 05 fevral 2016 13:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin yanvarın 1-ə 1 mlrd. 508,5 mln. manat təşkil edib.

 

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 532,2 mln. manat və ya 54,51% çoxdur.

 

Təkcə dekabrda problemli kreditlərin həcmi 278,9 mln. manat və ya 22,68% artıb.

 

Ötən il ərzində cəmi kredit qoyuluşu 21 mlrd. 718 mln. manat olub ki, bunun da 11 013 mln. manatı milli valyuta ilə, 10 705 mln. manatı isə xarici valyutada verilib.

 

2016-cı ilin yanvarın 1-ə milli valyutada vaxtı keçmiş kreditlərin həcmi 840,2 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 72,6 mln. manat və ya 9,46% çoxdur.

 

Xarici valyutada vaxtı keçmiş kreditlər isə bir il ərzində 3,2 dəfə və ya 459,5 mln. manat artaraq 2015-ci ilin sonuna 668,3 mln. manat təşkil edib.

 

Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 6,94% təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR