Bank Of Baku

Qiymətli kağızlar bazarının xarici depozitarlara inteqrasiyası üçün əsas istiqamətlər müəyyənləşdirilib

Qiymətli kağızlar bazarının xarici depozitarlara inteqrasiyası üçün əsas istiqamətlər müəyyənləşdirilib
# 13 mart 2018 06:08 (UTC +04:00)

Milli Depozit Mərkəzində (MDM) Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.

 

MDM-dən "APA-Economics"ə verilən məlumata görə, iclasda Müşahidə Şurasının yeni üzvlərdən ibarət tam tərkibi  seçilib. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarına nəzarət Departamentinin direktoru Cavid Nəzərov Müşahidə Şurasının sədri, Məhəmməd Həsənli, Orxan Bağırov, Tural Bayramov və Bəhruz Nağıyev  Müşahidə Şurasının üzvləri seçilib.

 

Müşahidə Şurasının iclasında MDM-in cari və qarşıda duran məsələləri müzakirə edilib. Eləcə də “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin və “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun olaraq MDM tərəfindən qiymətli kağızlar bazarının dərinləşməsi, xarici depozitarlara inteqrasiyası üçün hüquqi və texniki məsələlərin həllinin sürətləndirilməsinin və s. əsas istiqamətləri müəyyənləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR