Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsində “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.
"APA-Economics"in məlumatına görə, vergilər naziri Fazil Məmmədov qanun layihəsi barədə məlumat verib.
Millət vəkilləri qanun layihəsində dəyişikliklərə münasibət bildirib və bəzi təkliflər irəli sürüb.
Sonda qanun layihəsi müzakirə olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyyə edilib.