Bakı. Musa Əhmədov – APA-Economics. Naxçıvan Muxtar Respublikasında əhaliyə verilən ipoteka kreditlərinin həcmi 91,6% artıb.
“APA-Economics” Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinə istinadən xəbər verir ki, əhalinin mənzilə olan tələbatının ödənilməsi məqsədilə daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin həcmi 2 mln. 554 min manata çatıb. Bu ötən illə müqayisədə 1 mln. 221 min manat çoxdur.