Bank Of Baku

Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə ötən il 75 mln. manatadək vəsait daxil olub

Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə ötən il 75 mln. manatadək vəsait daxil olub
# 31 mart 2015 12:04 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə bütün mənbələr hesabına 66 mln. 800 min manat proqnoza qarşı 74 mln. 84 min 717 manat vəsait daxil olub.

 

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri  Xalid İsgəndərov kollegiya iclasında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, bununla da tapşırıq 110,9% icra edilib. Bu, nəzərdə tutulan məbləğdən 7 mln. 284 min 717 manat, 2013-cü illə müqayisədə isə 14,2%, yaxud 9 mln. 227 min 94 manat çoxdur.

 

Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 2014-cü ildə 447 mln. 333 min 874 manat dürüst təyinata qarşı 444 mln. 430 min 384 manat və ya 99,4% icra olunub. 2014-cü il ərzində Maliyyə Nazirliyi tərəfindən aparılan təftiş və yoxlamalarda səhv hesablama və tarif səhvi nəticəsində 39 min 458 manat əmək haqqının artıq ödənilməsi, 8 min 562 manat dəyərində mal-materialın və yanacağın normadan artıq silinməsi, maddi-məsul şəxslərin üzərində olan 436 manat dəyərində kassa, dərman, ərzaq və mal-materialın kəsir gəlməsi faktı qeydə alınıb.

 

Qeyd edək ki, bu nöqsanların aradan qaldırılması üçün tədbirlər görülərək cəmi 48 min 456 manat məbləğində qanunsuz sərf olunmuş vəsaitin dövlət büdcəsinə bərpa edilməsi təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR