Bank Of Baku

Naxçıvanda bu günədək 45 nəfərə avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin olunub

Naxçıvanda bu günədək 45 nəfərə avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin olunub
# 28 mart 2015 12:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu günədək 45 nəfərə avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin olunub.

 

APA-Economics” xəbər verir ki,  bu barədə qurumun pensiya şöbəsinin baş məsləhətçisi Fərzi Seyidov məlumat verib.

 

Onun sözlərinə görə, hazırda ilkin mərhələdə avtomatlaşdırılmış pensiya təyinatı yaşa görə əmək-pensiya hüququ yaranmış şəxslərə tətbiq edilir. F.Seyidov bildirib ki, bu xidmət gələcəkdə əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranan şəxslərə də şamil olunacaq.

 

Qeyd edək ki, 2014-cü ilin noyabr ayının 1-dən Naxçıvan Muxtar Respublikasında vətəndaşlara avtomatlaşdırılmış qaydada pensiya təyinatına başlanılıb.

 

Yeri gəlmişkən, yaxın gələcəkdə Naxçıvanda məcburi dövlət sosial sığorta haqlarının “onlayn ödəmə” rejimində həyata keçirilməsi planlaşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR