Bank Of Baku

Nazir: «Ötən il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 101,4%, xərcləri 98,6% icra edilib»

Nazir: «Ötən il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 101,4%, xərcləri 98,6% icra edilib»
# 23 may 2013 13:14 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Ötən il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 101,4% icra olunaraq 17,282 mlrd. manat təşkil edib. Bu, 2011-ci illə müqayisədə 1,581 mlrd. manat və ya 10,1% artıqdır. «APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

 

Onun sözlərinə görə, büdcə gəlirlərinin ÜDM-də xüsusi çəkisi 32% təşkil edib ki, bu da 2011-ci illə müqayisədə 1,9 faiz bəndi çoxdur. Ötən il Vergilər Nazirliyi tərəfindən büdcəyə 6,026 mlrd. manat və ya proqnozdan 1,9% artıq vəsait ödənilib. Bu, 2011-ci ilə nisbətən 544 mln. manat və ya 10,1% artıqdır. Dövlət Gömrük Komitəsi tərəfindən proqnozlar 0,7% artıqlaması ilə icra edilərək büdcəyə 1,208 mlrd. manat ödənilib. Bu, ötən ilki göstəricidən 5,9% artıqdır. Ötən ilin dövlət büdcəsinə Neft Fondundan transfertlərin həcmi proqnozlaşdırıldığı kimi 9,905 mlrd. manat təşkil edib. Dövlət büdcəsinin digər gəlirləri 143 mln. manat və ya əvvəlki ilə nisbətən 1,6 dəfə artıq olub.

 

Nazir bildirib ki, 2012-ci ildə dövlət büdcəsinin xərcləri 98,6% səviyyəsində icra edilərək 17,417 mlrd. manat təşkil edib. Bu, 2011-ci ilin büdcə xərcləri ilə müqayisədə 2,019 mlrd. manat və ya 13,1% artıqdır.

 

Hesabat ilində büdcə xərclərinin 53,3%-i və ya 9,278 mlrd. manatı cari xərclərə, 45,5% və ya 7,926 mlrd. manatı əsaslı xərclərə yönəldilib. Büdcə xərclərinin 1,2%-i və ya 212 mln. manatı dövlət borcuna xidmət olunmasına sərf edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR