Bank Of Baku

Nazir: "ABB-nin borcunun restrukturizasiyası ölkənin kredit reytinqinə mənfi təsir etməyəcək"

Nazir: "ABB-nin borcunun restrukturizasiyası ölkənin kredit reytinqinə mənfi təsir etməyəcək"
# 30 iyun 2017 10:58 (UTC +04:00)

"Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin restrukturizasiya proqramının qəbulundan sonra xarici kreditorların xeyrinə 2,4 mlrd. dollar dəyərində orta və uzunmüddətli dövlət istiqrazları buraxılacaq".


"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

 

"Azərbaycan Beynəlxalq Bankının öhdəlikləri ilə bağlı dövlətin xarici borcu artsa da, bu, ölkəmizin kredit reytinqinə mənfi təsir etməyəcək", - deyə nazir bildirib.

 

S.Şərifov əlavə edib ki, ABB-nin öhdəliklərinin restrukturizasiya proqramı gələcəkdə bankın özəlləşdirilməsinə də mühüm töhfə verəcək.

 
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR