Bank Of Baku

Nazir: "Mərc oyunlarından əldə edilən uduşların vergiyə cəlb olunması büdcəyə əlavə 25 milyon manatın daxil olmasına səbəb olacaq"

Nazir: "Mərc oyunlarından əldə edilən uduşların vergiyə cəlb olunması büdcəyə əlavə 25 milyon manatın daxil olmasına səbəb olacaq"
# 16 oktyabr 2015 14:02 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov deyib.

 

"Təxmini hesablamalara görə, "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi təsdiq olunarsa, bu, gələn büdcəyə əlavə 25 milyon manatın daxil olunmasına səbəb olacaq", - deyə nazir bildirib.

 

Qeyd edək ki, bu gün Milli Məclisin İqtisadi siyasət komitəsində “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunub.

 

Hazırda Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlar gəlir vergisindən azaddır. Təklif olunan dəyişiklikdə isə bu uduş muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlərə aid olunur və məbləğinin gəlirə aid edilərək, 10% dərəcə ilə vergiyə cəlb edilməlidir. Fiziki şəxsin əldə etdiyi ümumi gəliri dəqiqləşdirildikdə isə, bu məbləğin çıxılması təklif edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR