Bank Of Baku

Nazir müavini: “Neftin ucuzlaşması ölkə iqtisadiyyatını qorumaq üçün qabaqlayıcı tədbirləri zəruri edir”

Nazir müavini: “Neftin ucuzlaşması ölkə iqtisadiyyatını qorumaq üçün qabaqlayıcı tədbirləri zəruri edir”
# 17 mart 2015 08:40 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bunu Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Bakıda keçirilən Azərbaycan İnvestisiya Forumunda çıxışı zamanı deyib. 

 

“Dünya bazarında xam neftin qiymətinin aşağı enməsi, onun ortamüddətli dövrdə 50-60 dollar səviyyəsində proqnozlaşdırılması, bu fonda dolların bahalaşması, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manata təzyiqi artırıb, orta və uzun müddətdə ölkə iqtisadiyyatını qorumaq üçün qabaqlayıcı tədbirləri zəruri edir”, - deyə nazir müavini bildirib.

 

S. Həsənova qeyd edib ki, mövcud şəraitdə görülən bütün işlərin, əldə olunan bütün nailiyyətlərin əhəmiyyəti dəfələrlə artır: “Eyni zamanda, qarşıda qoyduğumuz prioritetlərin də həyata keçirilməsinin sürətləndirilməsinin zərurəti də artır ki, biz öz amallarımıza, hədəflərimizə nail olaq, iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyini artıraq, makroiqtisadi sabitliyi qoruyaq, qeyri-neft sektorunun inkişafını təmin edək”.

 

S. Həsənova qeyd edib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı real ifadədə 3 dəfə, dövlət büdcəsi 13 dəfə artıb, ölkəyə yatırılan investisiyaların həcmi 177 mlrd. dollar olub ki, bunu da 123 mlrd. dolları qeyri-neft sektoruna yönəldilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR