Bank Of Baku

Nazir Samir Şərifov: «Azərbaycan Beynəlxalq İnkişaf Assosiasiyasında donorluq məsələsinə ehtiyatla yanaşır»

Nazir Samir Şərifov: «Azərbaycan Beynəlxalq İnkişaf Assosiasiyasında donorluq məsələsinə ehtiyatla yanaşır»
# 21 iyun 2013 09:32 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq İnkişaf Assosiasiyasında (IDA) donorluq məsələsində hələlik gözləmə mövqeyindən çıxış edir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

 

«Donorluq məsələsinə çox ehtiyatla, bütün müsbət və mənfi tərəflərini ölçüb-biçərək yanaşmaq lazımdır. Donorluq üzrə öhdəliklərin ödənilməsinə maliyyə vəsaitlərini Azərbaycan hökuməti ayırır və hazırda bununla bağlı hələ heç bir qərar qəbul olunmayıb. Yalnız onu deyə bilərəm ki, Dünya Bankının şərtlərinə uyğun, Azərbaycan rəsmi olaraq IDA-nın resurslarına çıxışı itirib», - deyə nazir vurğulayıb.

 

S.Şərifovun sözlərinə görə, iqtisadi inkişaf səviyyəsini nəzərə alaraq, Azərbaycan yalnız Beynəlxalq İnkişaf və Yenidənqurma Bankının (IBRD – Dünya Bankı qrupunun üzvü) ehtiyatlarından istifadə edə bilən dövlətlərin kateqoriyasına keçirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR