Bank Of Baku

Noyabrda 350 əcnəbi DSMF-nin fərdi uçot sistemində qeydiyyatdan keçib

Noyabrda 350 əcnəbi DSMF-nin fərdi uçot sistemində qeydiyyatdan keçib
# 11 dekabr 2015 07:27 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin dekabrın 1-nə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 21,25% artıb.

 

Fondunun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, noyabr ayı ərzində əlavə olaraq 350 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 27 322 nəfərə yüksəlib. 

 

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,02%-ni (24 048 nəfər) kişilər, 11,98%-ni (3 274 nəfər) isə qadınlar təşkil edir.

 

Ümumilikdə 115 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (13 665 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə II yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 982 nəfərə, III yerdə gələn Rusiyanın vətəndaşlarının sayı isə 1 651 nəfərə çatıb.

 

Sonrakı yerlərdə Hindistan (983), İran (969), Çin (847), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (561), Pakistan (537), Ukrayna (443), Banqladeş (401), Özbəkistan (275), Almaniya (252), Filippin (239), ABŞ (237), Qazaxıstan (218), Türkmənistan (211), vətəndaşlığı olmayanlar (194), Koreya  (191) və s. ölkələr qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR