Bank Of Baku

Ötən ay DGK dövlət büdcəsinə 187 mln. manat vəsait ödəyib

Ötən ay DGK dövlət büdcəsinə 187 mln. manat vəsait ödəyib
# 05 may 2017 15:55 (UTC +04:00)

Bu ilin aprel ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 187 mln. 014,55 min manat təşkil edib.

 

"APA-Economics" qurumun açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2016-cı ilin eyni ayı ilə müqayisədə daxilolmalar 40 mln. 382,18 min manat və ya 17,76 azdır. Bu ilin mart ayı ilə müqayisədə isə DGK xətti ilə apreldə dövlət büdcəsinə köçürülən məbləğ 15 mln. 162,75 min manat və ya 7,5% azdır.

 

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 58 mln. 632,60 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 120 mln. 059,19 min manat, aksizlər üzrə 7 mln. 718,11 min manat, yol vergisi üzrə isə 2 mln. 804,65 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR