Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 mlrd. 510 mln. 759,04 min manat təşkil edib.
“APA-Economics”in DGK-ya istinadən verdiyi məlumata görə, bu, daha əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,2% çoxdur.
Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 365 mln. 894,30 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 070 mln. 960,58 min manat, aksizlər üzrə 57 mln. 035,92 min manat, yol vergisi üzrə isə 16 mln. 868,24 min manat təşkil edib.