Bakı. Şamil Əlibəyli - APA-Economics. “Azərbaycan Malayziyanı inkişaf edən müsəlman ölkəsi kimi qəbul edir”. “APA-Economics”in məlumatına görə, bu barədə “Bernama” agentliyinə Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev bildirib.
Onun sözlərinə görə, Malayziya Dünya İqtisadi Forumunun Qlobal Rəqabət İndeksində 25-ci, Azərbaycan isə 46-cı yeri tutub: “Azərbaycan və Malayziya iki müsəlman və demokratik ölkələrdir və biz bu ölkə ilə eyni səviyyədə olmaq istəyirik”.
Səfir qeyd edib ki, dünyada Malayziyanı “Cənub-Şərqi Asiyanın pələngi” adlandırırlar: “Biz isə “Qafqazın pələngi” olmaq istəyirik. Azərbaycan
Səfir bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 400 mln. dollar təşkil edib və Malayziya Azərbaycandan ümumi dəyəri 370 mln. dollar olan mal ixrac edib: “Malayziya Azərbaycandan əsasən xam neft alır. 2012-ci ildə bu ölkəyə 442 000 ton neft ixrac edib. Azərbaycan isə Malayziyadan ümumi dəyəri 14 mln. dollar olan mal idxal edib”.
Turizm sahədə əməkdaşlığı barədə danışan səfirliyin birinci katibi Vasif Abutalıbov isə bildirib ki, 2012-ci ildə Azərbaycana 290 malayziyalı turist gəlib, Malayziyaya isə 50 Azərbaycan vətəndaşı səfər edib: “Azərbaycan Xəzər dənizi sahilində yeni infrastruktur tikməyə başlayıb və ümid edirik ki, bizim ölkəyə daha çox malayziyalı turist gələcək. Bu sahədə əməkdaşlığımız “Malaysia Airlines” aviaşirkəti tərəfindən birbaşa reyslərin təşkil edilməsi ilə daha da inkişaf edə bilər. Eyni zamanda biznes imkanları da artacaq”.