Bank Of Baku

Ötən il işəgötürənlər tərəfindən 500 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib

Ötən il işəgötürənlər tərəfindən 500 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
# 15 yanvar 2015 08:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) dövlət nəzarəti zamanı əmək haqları və digər sosial xarakterli ödənişlərin işçilərə əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə ödənilməsinə xüsusi diqqət yetirir.

 

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən il DƏMX-in bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində işəgötürənlər tərəfindən gecikdirilmiş ümumilikdə 52 7574  manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib. Bu məbləğin 468 434 manatı (88,8%) əmək haqlarından, 33 932 manatı (6,4%) zərərə görə ödənclərdən, 25 208 manatı (4,8%) isə sosial müavinətlər və kompensasiyalardan ibarət olub.

 

Gecikdirilmiş sosial xarakterli ödənişlərin 81%-i sahibkarlıq subyektlərinə aid olub. Həmçinin bu ödənişlərin iqtisadiyyatın sahələri üzrə daha çox emal sənayesi (18,6%) və tikinti sektoruna (22,6%) aid müəssisələrdə gecikdirilməsi müəyyən olunub. Hesabat dövründə qeyri-qanuni olaraq işdən azad edilmiş işçilərin hüquqlarının bərpası istiqamətində də müvafiq işlər aparılıb və əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 13 nəfər öz əvvəlki işlərinə bərpa edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR