Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2014-cü il ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı dövlət büdcəsinə ödənilməsi təmin olunmuş vəsaitin məbləği 16 mln. 81 min 402,17 manat təşkil edib.
“APA-Economics”in məlumatına görə, bunu “Vergilər” qəzetinə müsahibəsində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Məmmədov bildirib.
Onun sözlərinə görə, bunun 4 mln. 583,3 min manatı istintaqı tamamlanmış cinayət işləri üzrə, 779,6 min manatı cinayət işinin başlanması rədd edilmiş materiallar üzrə, 2 mln. 197,9 min manatı icraatı dayandırılmış cinayət işləri üzrə ödənişlər olub.
V. Məmmədov bildirib ki, bunun 111,4 min manatı aidiyyəti üzrə göndərilmiş cinayət işləri üzrə, 8 mln. 409,2 min manatı isə istintaqı davam etdirilən cinayət işləri üzrə ödənişlər təşkil edib.