Bakı. APA-Economics. 2014-cü ilin 11 ayında Türkiyədə Azərbaycan kapitallı 153 şirkət yaradılıb.
“APA-Economics”in xəbərinə görə bu barədə Türkiyə Ticarət Palatasının yaydığı məlumatda qeyd olunur.
Hesabat dövründə bu dövrdə 44 mln. türk lirəsindən (TL) çox kapitalı olan 38 səhmdar cəmiyyəti yaradılıb. Bunun 27,4 mln. TL-si (62,3%) Azərbaycan sahibkarlarına məxsusdur. Digər 115 şirkət məhdud məsuliyyətli cəmiyyətdir.
2013-cü ildə azərbaycanlı investorlar Türkiyədə 178 şirkətin yaradılmasında iştirak edib (o cümlədən 43 SC), onlara 50 mln TL yatırıblar.
Azərbaycan investorları əsasən mehmanxana və yeyinti biznesi, idxal-ixrac, ticarət, nəqliyyat sahələrinə vəsait qoyur.