Bank Of Baku

Ötən ilin 11 ayında Azərbaycanın dövlət büdcəsi 2,1 mlrd. manatlıq profisitlə icra olunub

Ötən ilin 11 ayında Azərbaycanın dövlət büdcəsi 2,1 mlrd. manatlıq profisitlə icra olunub
# 21 yanvar 2015 07:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2014-cü ilin yanvar-noyabr ayları ərzində dövlət büdcəsinə 17,2 mlrd. manat daxil olub.

 

APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

 

Məlumata əsasən, büdcədən 15,1 mlrd. manat vəsait xərclənib. Büdcə xərclərinin 40,5%-i və ya 6,1 mlrd. manatı iqtisadiyyatın inkişafına, 11,7%-i (1,8 mlrd. manatı) səhiyyə və təhsilə, 11,8%-i (1,8 milyard manatı) sosial müdafiə və sosial təminata yönəldilib.

 

Büdcənin gəlirləri ilə xərcləri arasında ümumi daxili məhsulun 3,9%-nə bərabər və ya 2072,0 mln. manatlıq profisit yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR