Bank Of Baku

Ötən rüb 8 bank filialı bağlanıb

Ötən rüb 8 bank filialı bağlanıb
# 05 may 2017 08:12 (UTC +04:00)

Bu ilin I rübündə banklara məxsus 8 filial bağlanıb.

 

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, yanvar ayından aprelin 1-dək bankların ümumilikdə 8 filialı fəaliyyətini dayandırıb.

 

Belə ki, əgər bu ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, martın sonunda bu göstərici 561-ə qədər azalıb.

 

Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər bu ilin yanvarın 1-dək 131 bank şöbəsi fəaliyyət göstəribsə, martda şöbələrin sayı 137-yə yüksəlib.

 

Hesabat dövründə bankomatların sayında da artım qeydə alınıb. Belə ki, son üç ayda ATM-lərin sayı artaraq 2471-ə yüksəlib.

 

Qeyd edək ki, cari ilin ilk rübündə ölkədə 32 bank fəaliyyət göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR