Bank Of Baku

Proqnoz: Azərbaycanda iqtisadi artım davam edəcək

Proqnoz: Azərbaycanda iqtisadi artım davam edəcək
# 20 may 2013 14:06 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Mərkəzi Bankının I rüb üzrə hazırladığı «Pul siyasəti İcmalı»nda deyilir.

 

İcmala əsasən, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı açıqladıqları son iqtisadi xülasələrində Azərbaycan üzrə iqtisadi artımın 2013-cü ildə müvafiq olaraq 4,1% və 3,1% təşkil edəcəyini proqnozlaşdırır.

 

Həmçinin icmalda bildirilir ki, AMB tərəfindən aparılan Real Sektorun Monitorinqinin nəticələrinə görə, bu ilin ilk üç ayında Biznes İnam İndeksi (Bİİ) yaxşılaşıb. Buna səbəb sənayedə istehsalın, ticarətdə isə satışın artmasıdır. Eyni zamanda, monitorinq iqtisadi aktivlik üzrə gözləntilərin optimist olduğunu göstərir. Belə ki, RSM-in nəticələrinə əsasən, ilin əvvəlindən xidmətə tələb və ticarət üzrə satış gözləntisi indeksi artıma meyllidir. Pozitiv gözləntilər eyni zamanda sənayenin qida, tikinti materiallarının istehsalı və toxuculuq alt seksiyalarında, ticarətin isə mebel, elektrik məişət avadanlıqları seqmentlərində müşahidə edilib. Gözləntilərin belə pozitiv olması sənayedə realizə olunmamış izafi mal ehtiyatının azalmasında da özünü büruzə verib. Ümumilikdə, AMB tərəfindən aparılan RSM-in nəticələri son aylar istehsalı artan, dövriyyəsi çoxalan müəssisələrin sayının yüksəldiyini və bu artımın dayanıqlı olduğunu göstərir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR