Bank Of Baku

Standard & Poor's və Fitch reytinq agentlikləri tərəfindən Baghlan Group FZCO-ya müvafiq olaraq stabil “B” və müsbət “B-“ reytinqləri verilib

Standard & Poor
# 19 iyun 2013 06:56 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda neft-qaz hasilatı, tikinti, nəqliyyat və ticarət sahələrində çoxşaxəli layihələrin həyata keçirilməsi ilə məşğul olan Baghlan Group FZCO iki beynəlxalq reytinq agentliyinin kredit reytinqini alıb.

 

APA-nın məlumatına görə, Standard & Poor's reytinq agentliyi Qrupa uzun müddətli korporativ kredit reytinqini “B” səviyyəsində “Stabil” proqnozu ilə verib.

 

Fitch Ratings agentliyi tərəfindən isə Baghlan Group FZCO-ya uzun müddətli xarici valyuta üzrə emitentin defolt reytinqini (EDR) - "B-" səviyyəsində "Pozitiv" proqnozu ilə verilib.

 

Baghlan Group FZCO Azərbaycanda beynəlxalq kredit reytinqini almış ilk özəl korporasiyadır.

 

Baghlan Group FZCO neft-qaz, tikinti, nəqliyyat və ticarət sektorlarinda fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olaraq Azərbaycanın neft-qaz sektorunda fəaliyyətə başlayan ilk özəl şirkətlərdən biri və beynəlxalq kapital bazarlarına 3 illik istiqraz alətini emissiya edən ilk özəl korporasiyadır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR