Bank Of Baku

Türkiyədən Azərbaycana soyuq silah keçirmək istəyən şəxs saxlanılıb

Türkiyədən Azərbaycana soyuq silah keçirmək istəyən şəxs saxlanılıb
# 14 oktyabr 2015 07:38 (UTC +04:00)

Bakı - APA-Economics. Bodrum-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Ramal Məmmədov gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajı rentgen aparatı ilə yoxlanılıb və monitorda “beşbarmağ”a bənzər əşyanın təsviri görünüb.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, həmin baqaja təkrar baxış zamanı R. Məmmədova məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunub.

 

İlkin araşdırma zamanı R. Məmmədov izahatında aşkar olunan “beşbarmağ”ı Türkiyədən suvenir kimi aldığını və qadağan olunduğunu bilmədiyinə görə Azərbaycana gətirdiyini bildirib.

 

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşya “beşbarmaq” tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır.

 

Buna bənzər daha bir qaçaqmalçılıq faktı Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda qeydə alınıb. Burada İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Vüqar Məmmədovun çantasına baxış zamanı çantanın içərisindən kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik və soyuq silah hesab edilən 1 ədəd “beşbarmaq” aşkar olunub.

 

Hər iki faktla bağlı təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR