Bank Of Baku

V Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində bir sıra sənədlər imzalanıb - FOTOSESSİYA

V Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində bir sıra sənədlər imzalanıb - <span style="color: red;">FOTOSESSİYA
# 24 iyun 2014 13:40 (UTC +04:00)

Forumun ikinci günü kənd təsərrüfatı, turizm, bank işi, sahibkarlıq sahəsində əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair dəyirmi masalar keçirilib.

 

APA-Economics”in məlumatına görə, Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının nümayəndələri ilə yanaşı, bir sıra turizm şirkətlərinin nümayəndələrinin iştirak etdiyi turizm sahəsində yeni əməkdaşlıq imkanları üzrə dəyirmi masada hər iki ölkənin turizm potensialı və bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumat verilmiş, bu sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Həmçinin Azərbaycan tərəfindən Mərkəzi Bankın və bir sıra kommersiya banklarının, Sahibkarlığa Kömək Milli Fondunun, Rusiya tərəfindən isə müxtəlif bankların nümayəndələrinin qatıldığı bankçılıq üzrə dəyirmi masada  hər iki ölkənin bankları arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına və işgüzar əlaqələrin daha da genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Rusiya Federasiyasının regional inkişaf naziri İqor Slyunyayev yekun nitqi ilə çıxış ediblər.

 

Daha sonra Azərbaycan və Rusiya arasında əməkdaşlığa dair bir sıra sənədlər - Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiyanın Regional İnkişaf Nazirliyi arasında qarşılıqlı anlaşmaya dair, Rusiyanın İnvestisiya Agentliyi ilə Azpromo arasında qarşılıqlı anlaşma haqqında memorandumlar, Həştərxan Turizm Birliyi ilə Azərbaycan Turizm Assosiasiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında, Ural Turizm Assosiasiyası və Azərbaycan Turizm Assosiasiyası arasında turizm sahəsində əməkdaşlıq barədə, “Həştərxan regional kanal”ı MMC ilə Azərbaycanın regional televiziyası arasında sazişlər imzalanıb.

 

Forum çərçivəsində Azərbaycanın və Rusiyanın bir sıra şirkətləri arasında da əməkdaşlığa dair sənədlər imzalanıb. Belə ki, forum çərçivəsində Rusiyanın Rostov vilayətinin İqtisadi İnkişaf Nazirliyi ilə Azərbaycanın “Mətanət A” şirkəti arasında Saziş, Rusiyanın “Aqroholdinq starıysad” ASC ilə Azərbaycanın “CTC Holdinq” şirkəti arasında əməkdaşlıq haqqında Saziş, “Dağıstan Ticarət Evi” ASC ilə Azərbaycanın “Azeksfrukt” şirkəti arasında əməkdaşlıq haqqında Saziş, “Dağıstan Steklotara” MMC ilə “Azərsun Holdinq” arasında qablaşdırma ilə bağlı təchizat sahəsində əməkdaşlıq haqqında Saziş, Dağıstanın “Yuqaqroholdinq” şirkəti ilə Azərbaycanın “İnvestment Group” MMC arasında müqavilə imzalanıb.

 

Sonda V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarının Azərbaycan Respublikasının və Rusiya Federasiyasının prezidentlərinə ünvanladığı müraciət oxunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR