Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycanın Vergilər Nazirliyində ABŞ-ın Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA) ilə bağlı iclas keçirilib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vergilər nazirinin birinci müavini Natiq Əmirovun sədrliyi ilə keçirilən iclasda qurumun və ölkəmizdə fəaliyyət göstərən bankların rəhbər vəzifəli şəxsləri iştirak edib.
Nazirliyinin FATCA ilə bağlı hazırladığı “FATCA və Azərbaycan” adlı təqdimatdan sonra aktla əlaqədar görülən işlər, dünyanın müxtəlif ölkələrində bununla bağlı mövcud vəziyyət barədə iclas iştirakçılarına məlumat verilib, məsələ ilə bağlı ətraflı müzakirələr aparılıb.