Bakı. Musa Əhmədov - APA-Economics. Vergilər Nazirliyinin yeni inzibati binasının tikintisinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
“APA-Economics” Satınalmalar üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, nazirlik “Renaissance Construction Azerbaijan” MMC ilə yeni inzibati binasının ikinci mərhələsinin tikintisi üzrə müqavilə bağlayıb.
Bina 2014-cü ildən Heydər Əliyev prospektində tikilir.
Müqavilə qiyməti 18 mln. 499,719 min manatdır.
2013-cü ilin dekabrında tikintinin ilk mərhələsində “Aikon Cpit” şirkəti ilə 20 mln. 796,670 min manat məbləğində müqavilə bağlanıb.