Bakı. Yeganə Laçınzadə - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.
İSB-dən “APA-Economics”ə verilən xəbərə görə, 2013-cü il oktyabrın 28-də Bakı-Qazax-Gürcüstan magistral yolunun 69-cu kilometrində, Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir ailə üzvünün vəfat etməsi və iki ailə üzvünün ağır xəsarət alması ilə əlaqədar Azərbaycan vətəndaşlarına 8000 manat məbləğində kompensasiya ödənişi verilib.
Qeyd edək ki, kompensasiya ödənişi poçt vasitəsi ilə martın 31-də köçürülüb.