Bank Of Baku

Yüksək Texnologiyalar Parkı beynəlxalq təşkilata üzv olub

Yüksək Texnologiyalar Parkı beynəlxalq təşkilata üzv olub
# 15 yanvar 2015 09:02 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkının bu günlərdə Elmi-Texnoloji Parklar və İnnovativ Ərazilər üzrə Beynəlxalq Təşkilata (The World Technopolis Assosiation- WTA) üzv qəbul olunması ilə əlaqədar təşkilatın prezidenti Kyon Sun Teykin imzası ilə üzvlük sertifikatı daxil olub.

 

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın Yüksək Texnologiyalar Parkı bu mötəbər təşkilatın müşahidəçi üzvü seçilib.

 

Qeyd edək ki, Elmi-Texnoloji Parklar və İnnovativ Ərazilər üzrə Beynəlxalq Təşkilatı 1996-cı ildə yerli inkişaf ilə elm və texnologiyanın irəliləyişini əlaqələndirmək, elm şəhərcikləri arasında əməkdaşlıq və mübadilələr vasitəsilə paylaşılan inkişafa nail olmaq məqsədilə yaradılıb. Təşkilatın üzvləri əsasən yerli hökumətlərdən ibarətdir. Beynəlxalq təşkilat “WTA”-nın həm üzvü olan, həm də üzv olmayan digər elm şəhərciklərinin regional inkişafını təşviq etmək üçün bir çox proqramların planlaşdırılmasını həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR