2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 17,7% artaraq 17,692 mlrd. ABŞ dolları təşkil edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk yeddi ayında Azərbaycan xarici ölkələrə 11,394 mlrd. dollarıq məhsullar ixrac edib və 6,298 mlrd. dollarıq idxal həyata keçirib. Bu, illik müqayisədə 24,8% və 6,7% çoxdur.
Beləliklə, bu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 5,096 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 57,7% çoxdur.