Bank Of Baku

Yanvarda dövlət xətti ilə ipoteka kreditləşməsi kəskin azalıb

Yanvarda dövlət xətti ilə ipoteka kreditləşməsi kəskin azalıb
# 03 fevral 2022 16:35 (UTC +04:00)

Yanvar ayında (6 yanvar - 1 fevral) Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə banklar 13,952 mln. manat həcmində 207 ipoteka krediti verib.

"APA-Economics"in İKZF-nin məlumatları əsasında apardığı hesablamalarına görə, verilən kreditlərin həcmi ötən ilin dekabr ayı (2 dekabr - 6 yanvar) ilə müqayisədə 2,1 dəfə, sayı isə 47,3% azalıb.

Sahibkarlara Fondun zəmanəti ilə verilmiş kreditlərin ümumi məbləği ötən ay ərzində 46,8% azalaraq 14,56 mln. manat təşkil edib.

Xatırladaq ki, 2021-ci il ərzində İKZF xətti ilə banklar 354,402 mln. manat həcmində 5 270 ipoteka krediti verib. Verilən kreditlərin həcmi 2020-ci illə müqayisədə 41,5%, sayı isə 46,3% artıb. Sahibkarlara Fondun zəmanəti ilə verilmiş kreditlərin ümumi məbləği isə ötən il ərzində 9,3 dəfə azalaraq 17,378 mln. manat təşkil edib. İndiyədək isə 1,944 mlrd. manat həcmində 36 059 ipoteka verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR