Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 18,195 mln. manat həcmində sığorta haqqı yığılıb və 7,194 mln. manat həcmində ödəniş həyata keçirilib.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, 2021-ci ilin analoji ayı ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 8,3% və 2,7 dəfə azalıb.
İcbari sığorta növləri üzrə yığımlar bazarın 15,4%-ini (ötən ilin eyni dövründə 19,1%), ödənişlər isə 43,3%-ini (ötən ilin eyni dövründə 34,6%) təşkil edib.
Zərərliliyə gəldikdə, yanvarda icbari sığorta bazarında bu nisbət 39,5%-ə bərabər olub ki, bu da illik müqayisədə 59,6 faiz bəndi azdır.