Bank Of Baku

“Yapı Kredi Bank Azərbaycan"nın nağd vəsaitləri 35% azalıb - Hesabat

“Yapı Kredi Bank Azərbaycan"nın nağd vəsaitləri 35% azalıb - Hesabat
# 16 yanvar 2024 10:33 (UTC +04:00)

“Yapı Kredi Bank Azərbaycan" 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” banka istinadən xəbər verir ki, ötən il “Yapı Kredi Bank" Azərbaycan”ın xalis mənfəəti 2022-ci illə müqayisədə 10 dəfə və ya 10.8 milyon manat artaraq 12 milyon manat təşkil edib. 2022-ci ildə bank 1 milyon 153 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 35.6% artaraq 35 milyon 583 min manat, faiz xərcləri isə 13.4% artaraq 2 milyon 444 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 23 milyon 125 min manat ( illik müqayisədə 22.4% çox ), qeyri-faiz xərcləri isə 40 milyon 481 min manata ( illik müqayisədə 23.4% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 15.7 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ilə nisbətən 55% çoxdur.

Ötən il bankın aktivləri 6.8% və ya 32,9 milyon manat artaraq 514 milyon 860 min manat təşkil edib. Bu dövrdə “Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 23.1% artaraq 291 milyon 777 min manata çatıb. Eyni dövrdə bankın nağd vəsaitləri 35% azalaraq 110.1 miyon manata enib.

Bu dövrdə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi öhdəlikləri 416 milyon 879 min manat təşkil edib ki, bu da illik müqayisədə 4.8% və ya 19 milyon manat çoxdur. Hesabat dövründə bankın depozit portfeli də 0.8% və ya 2.8 milyon manat artaraq 366 milyon 695 min manata yüksəlib. Ötən il fiziki şəxslərin depozitləri əvvəlki illə müqayisədə11.4% və ya 9.2 milyon manat artaraq 89 milyon 958 min manat, hüquqi şəxslərin depozitləri isə 2.3% və ya 6.4 milyon manat azalaraq 276 milyon 736 min manat təşkil edib.

2024-cü il yanvar ayının 1-nə bankın cəmi kapitalı ilin ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.5% və ya 13.9 milyon manat artaraq 97 milyon 980 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR