Bank Of Baku

"Yelo Bank"ın İdarə Heyətinə yeni təyinat olub

"Yelo Bank"ın İdarə Heyətinə yeni təyinat olub
# 02 aprel 2024 14:17 (UTC +04:00)

"Yelo Bank"ın İdarə Heyətinə yeni təyinat olub.

Bu barədə "APA-Economics"ə bankdan bildirilib. Belə ki, Səbuhi Süleymanlı Yelo Bank-ın İdarə Heyətinə üzv, Baş Risk inzibatçısı təyin edilib. Bu vaxtadək S. Süleymanlı Bankın Kreditlərin Bərpası üzrə Baş direktoru vəzifəsini tuturdu.

Qeyd edək ki, 2003-cü ildə Milli Aviasiya Akademiyasının İnzibati İdarəetmə ixtisasını fərqlənmə ilə bitirən S. Süleymanlı, karyerasına 2005-ci ildə AccessBank-da kiçik kredit mütəxəssisi kimi başlayıb, 2010-cu ildə filial müdiri, 2014-cü ildən altı filial şəbəkəsi üzrə Regional Direktor olub. 2018-ci ildə eyni bankın Kreditlərin Bərpası departamentinin direktoru, 2019-cu ildə İcraçı direktor, 2020-ci ildə isə Baş direktor vəzifəsinə təyin edilib. 2020-ci ilin dekabr ayından etibarən isə fəaliyyətini Yelo Bank-da davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR