Yaponiya yeninin ABŞ dollarına qarşı məzənnəsi enməyə davam edir. Bu gün Bakı vaxtı ilə saat 09:33-də 1 dollar 123,13 yen təşkil edib.
"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, beləliklə yenin dollara qarşı məzənnəsi 2015-ci ilin dekabr ayından bəri ən aşağı səviyyəyə enib.
"Daiwa Capital Markets" şirkətinin analitiklərinin fikrincə, Yaponiya yeninin dəyərsizləşməsi ölkənin mərkəzi bankının monetar siyasəti sərtləşdirməyə tələsmədiyindən irəli gəlir. Bu fonda digər maliyyə requlyatorların – FED-in faiz dərəcələrin yüksəltməsi isə dolları gücləndirir.