Bank Of Baku

Yeni "BirKart" ilə ikiqat bonus qazanmaq mümkün oldu®

Yeni "BirKart" ilə ikiqat bonus qazanmaq mümkün oldu®
# 31 yanvar 2022 12:07 (UTC +04:00)

Ölkənin ən məşhur taksit kartı olan “BirKart”ın yeni növü müştərilərə təqdim edildi.

“Kapital Bank”dan “APA-Economics”ə verilən məlumata görə, “BirKart” ƏDV kartı ilə müştərilər əməliyyat apararkən 2 qat ƏDV bonus qazana biləcəklər. Bunun üçün yeni kartı “Birbank”da qeydiyyat etmək və nağdsız ödənişlər həyata keçirmək kifayətdir.

Yeni “BirKart” ƏDV kartını “Kapital Bank” filiallarından və Bravo hipermarketlərindən əldə etmək mümkündür. Müddəti 3 il olan debet kartın qiyməti 1 AZN-dən başlayır. Gələcəkdə bir sıra digər iri marketlərdə də kartların satışı həyata keçiriləcək. Məhsul barədə ətraflı məlumat üçün – https://kbl.az/bkedvd.

Qeyd edək ki, “BirKart”ın 4 növü var – ƏDV, cashback, miles və Umico. “BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi, loyallıq sistemləri və pulsuz SMS məlumatlandırma xidməti. BirKart-ın ölkə üzrə 10 000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

“BirKart” haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. “BirKart” sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 50) 999 81 96 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin “BirKart” mərkəzlərinə müraciət etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR